Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, BŞTİ-nin tabeliyindəki 185 məktəbdə təşkil edilən 768 təmayül sinifdə 16 085 şagird təhsil alır.
Qeyd edək ki, 2022-ci təqvim ilində paytaxtın 15 təhsil müəssisəsində təmayül sinifləri üzrə monitorinqlər aparılıb və 50-yə yaxın dərs dinlənərək təhlil edilib. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.