Bank Of Baku

Bakıda baş verən yanğında altı nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda baş verən yanğında altı nəfər xəsarət alıb - YENİLƏNİB
# 23 noyabr 2023 22:55 (UTC +04:00)

23.11.2023-cü il saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

APA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın nəticəsində 6 nəfər (1 qadın, 5 kişi olmaqla) xəsarət alıb. Onlardan 4 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Nərimanov Tibb Mərkəzinin tabeliyindəki Yanıq Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli, 35 yaşlı) sağ qaşüstü nahiyənin I dərəcəli yanığı diaqnozu ilə yerində yardım göstərilib.

Kliniki Tibbi Mərkəzə təxliyə olunan 33 yaşlı vətəndaşa (kişi cinsli) sağ bud nahiyəsinin deşilmiş yarası, 28 yaşlı vətəndaşa (kişi cinsli) sol çiyin nahiyəsinin deşilmiş yarası, 56 yaşlı vətəndaşa (kişi cinsli) bud-çanaq nahiyəsinin travması, 39 yaşlı vətəndaşa (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin yanığı, sağ qolun travması diaqnozu qoyulub.

Yanıq Mərkəzinə təxliyə olunan 40 yaşlı vətəndaşa (kişi cinsli) sağ ayağın II-III dərəcəli yanığı diaqnozu qoyulub.

Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

***

Saat 20:57

23.11.2023-cü il saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

APA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür. Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyyə ediliblər.

DİN-in mətbuat xidmətindən o da bildirilib ki, hadisə zamanı bir polis əməkdaşı xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR