Bank Of Baku

Bakıda I sinfə qəbulla bağlı müraciətlərin sayı açıqlanıb

Bakıda I sinfə qəbulla bağlı müraciətlərin sayı açıqlanıb
# 26 avqust 2022 17:52 (UTC +04:00)

Avqustun 26-na (saat 17:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 45 930 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 8 124 elektron müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1 549-i məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1 258-i onlayn Alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 5 317-i sistemin “Əlaqə” bölməsində cavablandırılıb.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR