31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya bildirilib ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər dekorativ bəzəklərin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Aparılan bəzədilmə işləri paytaxtın gecə mənzərəsinə xüsusi gözəllik qatır.
Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bu gün xalqımızın əhval-ruhiyyəsi olduqca yüksəkdir. Buna uyğun olaraq da şəhərimizdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilir. Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Xəqani Rüstəmov, mərkəzi bulvar küçələri, Xəqani bağı, Azərbaycan prospekti və bir sıra digər ərazilər də bayramla bağlı xüsusi zövqlə bəzədilir.
“Azneft” dairəsində isə yeni il şam ağacı kompleksi yaradılıb. Bu, şəhərin simvolik məkanlarından biri olan “Azneft” dairəsində bayramın qeyd edilməsinə dair formalaşmış ənənəni yaşadır və buraya gələn vətəndaşları, eləcə də turistləri möhtəşəm və yaddaqalan bir bayram görüntüsü ilə qarşılayır. Həmçinin Mərkəzi park və metronun “Gənclik” stansiyası yaxınlığındakı keçmiş “Antena” sahəsi kimi tanınan parklarda da paytaxt sakinləri və şəhərin qonaqlarının mənalı və xoş istirahəti üçün gözəl şəkildə bəzədilmiş şam ağacları quraşdırılır.
Bundan əlavə, paytaxt rayonlarının bir çox mərkəzi və onlara bitişik küçələrində də bayramla bağlı tərtibat işləri görülüb.
Bu hazırlıqlar yalnız bayram əhval-ruhiyyəsinin yaradılması ilə kifayətlənmir, eyni zamanda Bakı şəhərinin estetik gözəlliyini, müasir simasını və mədəni zənginliyini bir daha nümayiş etdirir.
Bakıda Yeni ilə hazırlıq tədbirləri həyata keçirilir - FOTO
Xəbər Lenti
Türkiyə məhkəməsi İmamoğlunun diplomunun ləğvini qüvvədə saxlayıb
Hacıqabulda qətl törədilib
Litva XİN rəhbəri: Axşam "Barselona"ya qarşı oyunda “Sabah”a azarkeşlik edəcəm
XİN rəhbəri: Litva Aİ-yə sədrliyi dövründə Azərbaycanla bağlı ortaq fikir formalaşdırmağa çalışacaq
Kestutis Budris: Azərbaycan bizim üçün açar ölkədir, Orta Dəhlizdən istifadə etmək istəyirik
Litva XİN rəhbəri Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişini yeniləməyə çağırıb
Ceyhun Bayramov: Litvanın Aİ Şurasına sədrliyi viza liberallaşması gündəliyinin irəli aparılması üçün yaxşı fürsətdir
Azərbaycanla “China Energy” və “TBEA” şirkətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Litva Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanacağına inanır
Litva Azərbaycanla Aİ ölkələri arasında viza rejiminin sadələşdirilməsinə dəstək göstərəcək
Litva XİN rəhbəri: Azərbaycan ilə Avropa arasında tərəfdaşlıq çox vacibdir
Ağstafada yol qəzasında 4 nəfər xəsarət alıb
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb
Litva XİN rəhbəri: Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas ölkə olacaq
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib
Kestutis Budris: Azərbaycan-Litva münasibətləri Birgə Bəyannamə ilə yeni mərhələyə yüksəldi
Ceyhun Bayramov: Ermənistanla normallaşma prosesində müsbət inkişaflar müşahidə edilir
Bağça müəllimlərinin işə qəbulu başlayır
Azərbaycandan 800-ə yaxın tələbə Litvada təhsil alır
Azərbaycan və Litva arasında birbaşa uçuşlar mövzusunun gündəmdə saxlanılması barədə razılığa gəlinib
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılıb - FƏRMAN
Nazir: Azərbaycan və Litvanın iş adamları və şirkətləri arasında dialoqun qurulması vacibdir
Azərbaycan və Litva XİN rəhbərləri beynəlxalq məsələləri müzakirə edib
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Ev təsərrüfatlarının uçotu regionların real inkişaf ehtiyaclarını müəyyənləşdirməyə imkan verəcək - RƏY
Bakıda Azərbaycan və Litva XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - YENİLƏNİB-1
Bakıda 23 məktəbə yeni direktor təyin edilib
Özbəkistan parlament nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib
Yardımlıda 7 yaşlı uşaq çayda boğularaq ölüb - YENİLƏNİB
Balakən sakini bıçaqlanıb, 69 yaşlı qardaşı tutulub - YENİLƏNİB
Bakıda 37 yaşlı qadın dəm qazından ölüb
Prezident son bir ildə Azərbaycandan Ermənistana 100 min tondan artıq yükün daşındığını bildirib
İtkin düşmüş şəxslərin identifikasiyası üzrə təlim keçirilib
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
Nazir: Azərbaycan “Kəmər və Yol” Enerji Tərəfdaşlığı çərçivəsində təşəbbüslərə töhfə verməyə hazırdır
Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib
Sabahın hava proqnozu açıqlanıb
Tbilisidə binada partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb
Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
"Zəngi" liseyinə yeni direktor təyin olunub
Azərbaycan və Litva strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb
Məhkəmə olayı və siyasi texnologiyalar - MÖVQE
Mikro sahibkarlar üçün yeni vergi güzəşti təklif edilir
Özbəkistan Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib
Gəncədə sərnişin avtobusu 76 yaşlı qadını vurub
Litvanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Martin Ryanla birgə həbs olunan Azad Məmmədli kassasiya şikayətini geri götürüb