Bakıdan Təbrizə uçuşlar iyunun sonunadək ləğv edilib

Bakıdan Təbrizə uçuşlar iyunun sonunadək ləğv edilib
# 14 iyun 2025 15:29 (UTC +04:00)

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Bakı – Təbriz – Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.

APA xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR