Bank kartlarının talanmasına görə istintaq təxirə salınmadan aparılacaq

Bank kartlarının talanmasına görə istintaq təxirə salınmadan aparılacaq
# 13 iyun 2025 11:28 (UTC +04:00)

Əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması halları ilə bağlı istintaq hərəkəti təxirə salınmadan aparılacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istintaq hərəkətinin təxirə salınmadan aparılması zəruri olduğu hallarda, müstəntiq tərəfindən belə zərurətin əsaslandırıldığı vəsatətə məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılacaq.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR