Baş Prokurorluğun bir neçə idarəsinin rəisi dəyişib

Baş Prokurorluğun bir neçə idarəsinin rəisi dəyişib
# 19 iyun 2025 17:22 (UTC +04:00)

Baş Prokurorluqda yeni təyinatlar olub.

APA xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Kamran Əliyevin əmrinə əsasən, qurumun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov vəzifəsindən azad olunub.

Baş Prokuror Kamran Əliyevin digər əmrləri ilə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov vəzifələrindən azad olunub.

Erkin Əlixanov Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, Natiq Abdullayev Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, Fazil Həsənəliyev Elm-Tədris mərkəzinin, Mahir Abbasov İstintaqa Nəzarət İdarəsinin, Ceyhun Kazımov Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin olunub.

Kamran Əliyevin digər əmrinə əsasən, Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Əliyev Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR