Bank Of Baku

Baş Prokurorluqda media nümayəndələri üçün interaktiv təlim keçirilib

Baş Prokurorluqda media nümayəndələri üçün interaktiv təlim keçirilib
# 27 noyabr 2023 15:35 (UTC +04:00)

Bu gün Baş Prokurorluqda media subyektləri və jurnalistlər üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda təlim keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, prokurorluq əməkdaşları, Medianın İnkişafı Agentliyində şöbə müdiri Natiq Məmmədli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin iştirakı ilə baş tutan interaktiv təlimdə prokurorluq orqanlarında həyata keçirilən kommunikasiya siyasəti barədə ətraflı məlumat verilib, işin səmərəliliyinin artırılması yönündə media nümayəndələrinin təklifləri dinlənilib, o cümlədən mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Vətəndaşların operativ və düzgün məlumatlandırılması məqsədilə təşkil olunmuş interaktiv təlim zamanı həmçinin, jurnalistləri maraqlandıran suallar cavablandırılıb, bu cür təlimlərin davamlı olmasının zəruriliyi qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR