Bank Of Baku

Berlində keçirilən qida sərgisində Naxçıvan məhsulları nümayiş olunur

Berlində keçirilən qida sərgisində Naxçıvan məhsulları nümayiş olunur
# 23 yanvar 2023 10:46 (UTC +04:00)

Berlin şəhərində “Beynəlxalq Yaşıl Həftə – 2023” kənd təsərrüfatı və qida sərgisi açılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, yanvarın 20-dən açılan və ayın 29-dək davam edəcək sərginin Azərbaycana aid pavilyonunda Naxçıvan Muxtar Respublikası üçün ayrılmış stenddə muxtar respublikada fəaliyyət göstərən 11 şirkətin 20 növdə və 42 çeşiddə məhsulu, həmçinin şirkətlərə aid məhsul kataloqları və “Naxçıvan Məhsulları İxrac Kataloqu” nümayiş etdirilir.

“Beynəlxalq Yaşıl Həftə”də mineral sular, şərablar, meyvə suları, şiriniyyatlar, spirtli içkilər, meyvə quruları, duz, ət və ət məhsulları və s. sərgilənir.

Naxçıvan şirkətlərinin məhsulları ziyarətçilərdə böyük maraqla qarşılanıb, tədbir iştirakçılarına muxtar respublikanın investisiya və biznes imkanları barədə, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullarla bağlı məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR