“İndi qanuna təklif etdiyimiz dəyişikliklər doktorantları əhatə etmir. Magistratura və bakalavriat səviyyələrinə bu qaydalar şamil ediləcək”.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı komitə sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, bununla bağlı doktorantlar bizə müraciət ünvanlayır: “Doğrudur, bu gün doktorantların təhsil aldıqları müəssisələri dəyişdirmək istəyəndə bir çox ciddi problemlərlə qarşılaşırlar. Çünki hazırkı qanunvericilikdə elmi təşkilatların doktoranturası var, onlar ləğv edildikdə köçürmə məsələsi ortaya çıxır. Amma bütün hallarda tələbə deyiriksə, doktorant da tələbə hesab olunur. Bu kimi məsələlər yeni hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində nəzərə alınmalıdır”.