Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Abbasov Abuzər Tənzil oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu gün şəhidlə Zərdab rayonunda vida mərasimi keçirilib.
Mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Şəhid hərbçinin nəşinin qalıqları Zərdab rayonu, Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunub.