Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Rüstəmov Miriş Məhəmməd oğlunun nəşinin qalıqları bu gün Ağcabədidə ailəsinə təhvil verilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu gün şəhidlə Ağcabədi rayonunda vida mərasimi keçirilib.
Miriş Rüstəmovun qalıqları Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Rüstəmov Miriş Məhəmməd oğlu 1973-cü ildə Ağcabədi şəhərində anadan olub. Birinci Qarabağ müharibəsində Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak edib. 1992-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşmüş hesab olunub. Onun həlak olduğu Füzuli rayonunda naməlum şəhid kimi dəfn edildiyi aşkarlanıb və kimliyi müəyyən edilib.