Bank Of Baku

Birinci Qarabağ müharibəsində itkin düşən Sahil İbrahimovun qalıqları Suraxanıda dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən Sahil İbrahimovun qalıqları Suraxanıda dəfn edilib - FOTO
# 03 iyun 2025 11:58 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən hərbçi İbrahimov Sahil Nurəddin oğlunun nəşinin qalıqları bu gün ailəsinə təhvil verilib.

APA xəbər verir ki, Suraxanı rayonunda şəhidlə vida mərasimi keçirilib.

Daha sonra Sahil İbrahimovun qalıqları Suraxanı Rayon Əmircan qəsəbə qəbirstanlığında dəfn olunub.

Mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib. Dəfn mərasimində yaylım atəşi açılıb, hərbi orkestrin ifasında Dövlət himni səsləndirilib.

Sahil İbrahimovun qardaşı Cəmil İbrahimov dəfn mərasimində çıxışında deyib ki, bu gün onların 32 illik həsrəti sona çatıb: “Qardaşımın nəşini gətirib dəfn eləyə bildiyimizə görə şükür edirik”.

O, Prezident İlham Əliyevə, bu məsələdə dəstək olan bütün dövlət qurumlarına təşəkkürünü bildirib: "Vətən uğrunda şəhid olmaq şərəflidir. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun".

Qeyd edək ki, İbrahimov Sahil Nurəddin oğlu 1970-ci ildə Amasiya rayonunun Çivinli kəndində anadan olub. 1993-cü il fevralın 2-də Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR