Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Ərzumanov Elşən İsaməddin oğlunun nəşinin qalıqları Qubada ailəsinə təhvil verilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu gün şəhidlə Quba rayonunda vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhid hərbçinin nəşinin qalıqları Quba şəhəri, Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Elşən Ərzumanov 1974-cü ildə Quba şəhərində anadan olub. O, 5 aprel 1993-cü ildə Kəlbəcər, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.