Birinci Qarabağ müharibəsində şəhid olan Hörmət Baratovun qalıqları Xaçmazda dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində şəhid olan Hörmət Baratovun qalıqları Xaçmazda dəfn olunub - FOTO
# 27 iyun 2024 12:07 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan, 31 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Hörmət Baratovun qalıqları ailəsinə təhvil verilib.

APA xəbər verir ki, bu gün şəhidin qalıqları anadan olduğu Xaçmaz rayonunun Nərəcan kəndinə gətirilib. Burada onunla vida mərasimi keçirilib.

Şəhidin qalıqları Nərəcan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Hörmət Baratov 1992-ci il oktyabr ayının 8-də hərbi xidmətə çağırılıb. 1993-cü il oktyabrın 8-dən itkin düşdüyü bildirilib.

Hörmət Baratovun Bakıdakı İkinci Şəhidlər xiyabanında naməlum şəhid kimi torpağa tapşırıldığı məlum olub, onun kimliyi müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR