Bank Of Baku

Birinci Qarabağ müharibəsində şəhid olan Məmməd Mirzəyevin qalıqları Ağdamda dəfn olunub - FOTO - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində şəhid olan Məmməd Mirzəyevin qalıqları Ağdamda dəfn olunub - FOTO  - YENİLƏNİB
# 15 iyul 2024 14:28 (UTC +04:00)

1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ meharibəsinin şəhidi, Ağdam rayon Güllücə kənd sakini, 1967-ci il təvəllüdlü Mamed Hüseyn oğlu Mirzəyev Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin cənazəsi dəfndən öncə vida mərasimi keçirilmək üçün Ağdam Dövlət Dram Teatrının qarşısına gətirilib. Mərasimdə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak edib. Çıxışlar zamanı Şəhid adının ucalığından, vətənin müqəddəsliyindən geniş söhbət açılıb. Şəhidin döyüş yoluna nəzər salınıb.

Sonra Məmməd Mirzəyevin nəəşi Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanına gətirilib. O, yaylım atəşinin sədaları altında, böyük ehtiramla torpağa tapşırılıb.

Sonda şəhidin tabutunun büküldüyü üç rəngli bayrağımız onun doğmalarına təhvil verilib. Dəfn mərasimi insanların "Şəhidlər ölməz, Vətən bölünməz", şüarları ilə sona çatıb.

***

13:18

1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ müharibəsinin şəhidi, Ağdam rayon Güllücə kənd sakini, 1968-ci il təvəllüdlü Məmməd Hüseyn oğlu Mirzəyevlə vida mərasimi keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, vida mərasimi onun ailəsinin müvəqqəti məskunlaşdığı Ağdam rayonu, Dörd yol-2 qəsəbəsindəki evdə başlayıb.

Daha sonra isə şəhidin cənazəsi rəsmi vida mərasimi keçirilmək üzrə Ağdam Dövlət Dram Teatrının binasına gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR