BMT nümayəndəsi: Azərbaycanda 3 qadından biri ona qarşı zorakılıq olduğunu bildirir

BMT nümayəndəsi: Azərbaycanda 3 qadından biri ona qarşı zorakılıq olduğunu bildirir
# 06 dekabr 2023 12:43 (UTC +04:00)

Araşdırmalara görə, Azərbaycanda 3 qadından biri ona qarşı zorakılıq olduğunu bildirir.

APA xəbər verir ki, bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı BMT-nin Əhali Fondunun Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Mariam A.Khan deyib.

O, həmçinin diqqətə çatdırıb ki, qadınlar arasında məişət zorakılığına məruz qaldığını gizlədənlər də az deyillər.

O deyib ki, məişət zorakılığı təkcə qadınların deyil, bütün insanların problemidir və qanunla əlaqədardır.

"Bu məsələdə kişilərin rolu genişləndirilməlidir. Gender bərabərliyi, məişət zorakılığı ilə bağlı daim işlər aparılmalıdır. Eyni zamanda sosial dəstək sistemi olmalıdır ki, zorakılıq halları ilə qarşılaşan insanlar hara müraciət etməli olduqlarını və özlərini güvəndə hiss edə bilsinlər. Sığınacaqların sayı kifayət qədər olmalıdır ki, qadınlar uşaqlarını da özləri ilə apara bilsinlər", - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR