Bank Of Baku

“Böyük Qayıdış: İlham Əliyevin siyasətinin təntənəsi” adlı konfrans keçirilib - FOTO

“Böyük Qayıdış: İlham Əliyevin siyasətinin təntənəsi” adlı konfrans keçirilib - FOTO
# 24 dekabr 2022 12:40 (UTC +04:00)

Bu gün “Böyük Qayıdış:İlham Əliyevin siyasətinin təntənəsi” adlı konfrans keçirilib.

APA xəbər verir ki, konfrans “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunub. Konfransda Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açıb və bildirib ki, Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təqdimatını edib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Böyük Qayıdışın ekoloji aspektləri” adlı məruzəni təqdim edib və qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi son nəticədə bu ərazilərdə təbiətin dirçəldilməsinə gətirib çıxaracaq. Nazir ekoloji terrora son qoyulması üçün ictimaiyyət nümayəndələrinin fəaliyyətinə toxunub.

Elm və təhsil naziri Emin Əmrullayev “Böyük Qayıdışda insan kapitalının rolu” mövzusunda məruzə ilə çıxış edib və azad edilmiş ərazilərdə məktəb tikintiləri ilə bağlı məlumat verib.

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev azad edilmiş ərazilərdə görülən işlər, baş və müfəssəl planlar barədə məlumatları diqqətə çatdırıb.

Tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Müraciəti YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov səsləndirib.

Qeyd edək ki, konfrans Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR