Bank Of Baku

BQXK dekabrın 19-dan bəri Laçın yolu ilə 115 xəstəni təxliyə edib

BQXK dekabrın 19-dan bəri Laçın yolu ilə 115 xəstəni təxliyə edib
# 23 fevral 2023 16:22 (UTC +04:00)

19 dekabr 2022-ci il tarixindən bəri Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK )humanitar neytral vasitəçi olaraq, Laçın yolu boyu 26 tibbi təxliyə həyata keçirib.

Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Onun sözlərinə görə, əməliyyatlar zamanı 115 nəfər xəstə və onları müşayiət edən şəxslər təxliyə olunub:

"Bundan əlavə, tibb müəssisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb. Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR