Bank Of Baku

BŞTİ məktəbin yaxınlığında şagirdin döyülməsi məsələsinə münasibət bildirib

BŞTİ məktəbin yaxınlığında şagirdin döyülməsi məsələsinə münasibət bildirib
# 13 fevral 2025 17:35 (UTC +04:00)

"Şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır".

Bunu APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən bildiriblər.

Qeyd edilib ki, araşdırma aparıldığını nəzərə alaraq, ictimaiyyətdən məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

"Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır", - açıqlamada vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə 280 nömrəli məktəbin yaxınlığında şagirdlər arasında əlbəyaxa davanı əks etdirən görüntülər paylaşılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR