Azərbaycanda hər iki valideynini itirən və uşaq evlərində böyüyən şəxslərin mənzillə təminatı davam etdirilir.
APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu günə qədər hər iki valideynini itirən və uşaq evlərində böyüyən 252 şəxs mənzillə təmin edilib.