"2022-ci ildə 14 hektar ərazidə 21 növ üzrə 5 tondan çox toxum səpilib".
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bu il 4-5 milyon ədəd ağac tinginin yetişdirilməsi gözlənilir:
"2023-cü ildə meşə-bərpa tədbirləri çərçivəsinə 3 milyon ədəd ağacın əkilməsi nəzərdə tutulub. Hazırda nazirliyin regional idarələrinin tabeliyində 7 meşə regional tinglik sahəsi var".