Bank Of Baku

Bu il DOST mərkəzlərinə müraciət edənlərin sayı açıqlanıb - FOTO

Bu il DOST mərkəzlərinə müraciət edənlərin sayı açıqlanıb  - FOTO
# 30 dekabr 2022 11:12 (UTC +04:00)

Bu il DOST mərkəzlərinə 620 minə yaxın vətəndaş müraciəti daxil olub.

APA xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Tominat (DOST) Agentliyində 2022-ci il üzrə görülən işlərə və qarşıda duran hədəflərə dair mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. Onun sözlərinə görə, ümumilikdə isə bu rəqəm 1 milyon 271 mindən çoxdur:

“Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2% təşkil edib. Eyni zamanda Çağrı Mərkəzi 142 tərəfindən 2022-ci ildə 1 milyon 548 min nəfər vətəndaşın müraciəti cavablandırılıb.

Şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət göstərən Vahid əlaqələndirmə mərkəzləri tərəfindən 220 mindən çox müraciət qeydə alınıb”.

F.Məmmədov DOST mərkəzləri şəbəkəsinin genişləndirildiyini diqqətə çatdırıb:

“Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutan 5 saylı Bakı DOST Mərkəzi ilə paytaxt va Abşeron rayonu DOST xidmətləri ilə tam əhatə olunub. Həmçinin işğaldan azad edilən ərazilərdə da DOST konsepsiyasının tətbiqinə başlanıb. Cari ilin may ayında Zəngilanın Ağalı kəndində ilk "Smart DOST" məntəqəsi istifadəyə verilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR