Bank Of Baku

Bu il işlə təmin edilmədə gözlənilən rəqəm açıqlanıb

Bu il işlə təmin edilmədə gözlənilən rəqəm açıqlanıb
# 23 dekabr 2022 15:10 (UTC +04:00)

“Bu il işlə təmin edilmədə gözlənilən rəqəm 40 minin üzərindədir”.

APA xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, peşə hazırlığı prosesinə 4 mindən artıq şəxs cəlb olunub:

“Ümumilikdə peşə hazırlığı üzrə kursu bitirmə faizi 70 faizin üzərindədir. Özünüməşğulluq üzrə 16175 nəfərə dəstək göstərilib".

M.Abbasbəyli qeyd edib ki, Dövlət Məşğulluq Agentliyinin ictimai işlər portalı üzrə işlər yekunlaşıb:

“Portalın yanvar ayından fəaliyyətə başlaması gözlənilir”.

Qeyd edək ki, portal vasitəsilə haqqı ödənilən ictimai işlərin təşkili üzrə bütün tərəflərin fəaliyyətinin vahid platformadan idarə edilməsi, kvotaların müəyyənləşdirilməsi və bölüşdürülməsi, göndəriş verilmiş işsiz şəxslərin təhkim bildirişlərinin elektron şəkildə formalaşdırılması, ictimai işlərə qəbul edilmiş şəxslərin işəmuzd və ya aylıq iş tabellərinin elektron şəkildə formalaşması, əmək haqlarının portal vasitəsi ilə elektron qaydada ödənilməsinin tənzimlənməsi mümkün olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR