"2022-ci ildə qanunsuz ağacların kəsilməsi ilə bağlı Baş Prokurorluğa 100-dən artıq sənəd verilib".
APA xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdən isə 230-dan artıq müraciət daxil olub:
“Ağacların kütləvi qırılması, su mənbələrinin çirkləndilməsi ilə bağlı məlumatlar gəlib”.
O qeyd edib ki, ağacların 6 halda götürülməsinə icazə verilir:
"Həmin ağaclar hansısa layihənin ərazisinə düşürsə bu zaman ağaclar götürülür. Bununla yanaşı, ağac xəstədirsə və ya quruyubsa, fiziki görünüşü uyğun deyilsə, mühəndis kommunikasiyaya uyğun olmayanda götürülür".
Aysel Şahmar