Bank Of Baku

Bu il qanunsuz ovçuluqla bağlı aşkarlanan faktların sayı açıqlanıb

Bu il qanunsuz ovçuluqla bağlı aşkarlanan faktların sayı açıqlanıb
# 13 yanvar 2023 10:36 (UTC +04:00)

"Bu gün hələ də qanunsuz balıq ovu faktları var"

APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, ancaq son dövrlərdəki reydlərin nəticəsinə görə, bu kimi halların azaldığı müşahidə edilir:

"Bu ilin ilk günlərində qanunsuz ərazilərdə ovçuluqla əlaqəli 4 fakt, balıq ovu ilə bağlı isə 3 fakt aşkarlanıb: "Onlar barəsində cərimə də tədbiq olunub. Həmçinin ötən ilin son ayı və bu ilin ilk həftəsində 5 min metrə qədər sintetik tor müsadirə olunub".

O eyni zamanda qeyd edib ki, bu il üçün su bataqlıq quşları üçün ov mövsümü davam edir:

"Mart ayına qədər proses davam edəcək. Sayğı prosesinin davamında dağıstan turunun ov predmeti kimi salınması məsələsi məlum olacaq. Heyvanların sayğısı nəticəsində ov limitləri açılır. Buna uyğun vətəndaşlara lisenziya verilir. Su bataqlıq quşlarının ovlanması ilə digər heyvan növlərinin ovlanması arasında fərq var. Hər bir heyvanın ovlanması müxtəlif tarixlərdə olur. "Qırmızı kitab"a düşən heyvanların ovlanması qadağandır. Ayrılan lisenziyada göstərilən limitdən artıq heyvan ovu qadağandır və qayda pozuntusudur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR