Bank Of Baku

Bu il yaşıllıqların götürülməsinə dair 2000-dən çox müraciət olunub

Bu il yaşıllıqların götürülməsinə dair 2000-dən çox müraciət olunub
# 30 dekabr 2022 13:13 (UTC +04:00)

"2022-ci ildə yaşıllıqların götürülməsinə dair 2000-dən çox müraciət olunub".

APA xəbər veirir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov deyib.

Onun sözlərinə görə, hazırda müraciətlər 3 istiqamətdə yönləndirilir:

“Müraciətçi sənədin elektron vəziyyətdə hər bir mərhələsini izləyir. Yaşıllıqların götürülməsinə dair 704 iş görülüb. Yaşıllıqların toxunulmaz qalmasına və digər məsələlərlə əlaqədar vətəndaşlara və təşkilatlara 1532 məktub göndərilib".

O eyni zamanda qeyd edib ki, 221 vətəndaş yaşıllıqların götürülməsi və yaşıllıqların toxunulmaz qalması ilə bağlı müraciət edib:

“Həmçinin ağacların götürülməsi ilə bağlı işğaldan azad edilmiş ərazilərdə avtomobil və dəmir yollarının çəkilməsi ilə bağlı rəy verilib”.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdxal-ixrac əməliyyatları üzrə ekspertiza şöbəsinin müdiri Asif Ədilov isə deyib ki, 2022-ci ildə Agentliyə 6975 korrespondensiya daxil olub, 11796 ədəd məktub və sənəd icra olunub:

“İdxal-ixrac əməlliyatları ilə əlaqədar 104 müraciət icra edilib və bunun 70 faizi elektron formadadır. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün 1 icazə verilib. Rəy və icazələrin 200 monitorinqi keçirilib. 19 ictimai dinləmə və müzakirə aparılıb. 11 maarifləndirici tədbir keçirilib. İdarə Heyətinin 7 iclası keçirilib".

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR