Bank Of Baku

Bu ildən texnologiyalar parkında çalışan əcnəbilər 10 il sosial sığorta haqqı ödəməyəcəklər

Bu ildən texnologiyalar parkında çalışan əcnəbilər 10 il sosial sığorta haqqı ödəməyəcəklər
# 01 yanvar 2023 11:00 (UTC +04:00)

Bu ildən məcburi dövlət sosial sığortasına cəlb olunmayan şəxslərin əhatə dairəsi genişləndirilib.

APA-nın xəbərinə görə, bu, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR