Sosial şəbəkədə 5 mart tarixində keçirilmiş buraxılış imtahanında Azərbaycan dili üzrə salınan mətnlər və sualların tərtibatında vaxt amilinin nəzərə alınmadığı barədə məlumat yayılıb. Qeyd olunub ki, verilən müddət digər iki fənn də nəzərə alındıqda, abituriyentlər üçün yetərli olmayıb.
Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan amillər nəzərə alınıb.
"Buraxılış imtahanlarının vaxtının uzadılması nəzərdə tutulmur" - deyə cavabda qeyd olunub.