“Ölkə ərazisində 134 qum-çınqıl yatağı mövcuddur. Bunlar əsasən, şimal bölgəsində - Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir”.
APA-nın məlumatına görə, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə heyətinin sədr müavini Elçin Məcidov jurnalistər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, Agentliyin fəaliyyəti dövründə İmişli, Quba, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Lənkəran rayonları ərazisindən keçən çay yataqlarında 97 müəssisənin fəaliyyəti ləğv edilib. Bunlardan 49-u Quba, 21-i İmişli, 9-u Tərtər rayonu ərazisindəki müəssisələrdir:
“Ümumilikdə respublika üzdə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədədir. Bunlardan 46-na Agentlik tərəfindən 2021-2022-ci illərdə hərrac vasitəsilə icazə sənədi verilib. Hərracda qalib olanlardan 10-u Quba və Qusar rayonları üzrədir”.