Bank Of Baku

Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO

Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
# 23 iyul 2026 15:35 (UTC +04:00)

Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, maddi-mədəniyyət nümunələri rayon ərazisində Narbağı adlanan sahədə park salınması zamanı üzə çıxıb.

Ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd ədəd təsərrüfat küpü və digər maddi-mədəniyyət nümunələri tapılıb.

Tapıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib. Məlumat əsasında institutun nümayəndəsi əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlanılıb.

Aşkarlanan maddi-mədəniyyət nümunələrinin Azərbaycan tarixinin qədim dövrləri ilə bağlı yeni və əhəmiyyətli məlumatlar ortaya çıxara biləcəyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR