Bank Of Baku

Cəlilabadda sürüşmə zonasında 10-a yaxın ev təhlükə ilə üzləşib

Cəlilabadda sürüşmə zonasında 10-a yaxın ev təhlükə ilə üzləşib
# 21 dekabr 2023 12:08 (UTC +04:00)

Cəlilabad rayonunun Boyxanlı kəndində 10-a yaxın ailənin yaşadığı ev təhlükə ilə üzləşib.

APA-nın cənub bürosunun məlumatına görə, kəndin qarşısında sürüşmə zonası hesab olunan təpədə iri torpaq layları axaraq yaşayış evlərinə doğru hərkət edir.

Ərazidə yaranan iri çatlara yağış sularının dolması buradakı sürüşmənim miqyasını genişləndirib. Nəticədə sürüşmə zonasının mərkəzində böyük çökəklik yaranıb. Artıq sürüşmə zonasının qarşısında yerləşən 10-a yaxın ev üçün təhlükəli vəziyyət yaranıb. Bəzi tiklilərin divarlarında iri çatlar əmələ gəlib.

Sürüşmə zonasına, eləcə də yaşayış evlərinə Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən baxış keçirlib. Müvafiq sənədlər hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR