Ceyhun Məmmədov: İnklüziv təhsillə bağlı prosesdə ləngimələr var

Ceyhun Məmmədov: İnklüziv təhsillə bağlı prosesdə ləngimələr var
# 27 may 2024 14:26 (UTC +04:00)

İnklüziv təhsillə bağlı prosesdə ləngimələr var.

APA xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov Milli Məclisinin Elm və təhsil komitəsinin iclasında deyib.

Deputat qeyd edib ki, bu prosesə daha diqqətlə və həssas yanaşılmalıdır:

"Düşünürəm ki, bu proses bütün məktəb və kolleclərimizdə paralel səviyyədə getmir. Burada maarifləndirmə işlərinə də ehtiyac var. Valideynlər bilməlidir nə etmək, məktəblərə uşaqları necə gətirmək lazımdır. Məlum olduğu kimi bir müddət öncə subbakalavr haqqında qanun qəbul olundu", - deyə deputat vurğulayıb.

Deputat xatırladıb ki, subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində iştirak edirlər:

“Bununla bağlı artıq sui-istifadə halları var. Hər hansı məbləğ deməsəm də, kolleclər özləri üçün müəyyən sistem formalaşdırıb. Yüksək qiymət yazmaqla onların ali təhsil müəssisəsinə qəbul olması üçün şərait yaradırlar. Universitetlərdə olduğum görüşlərdə isə onların da bu məsələ ilə bağlı narazılığı var. Universitet üçün hər bir tələbə təhsil haqqı ödəyir. Amma bu kimi kollec məzunlarının gələcək taleyi problemlər yaradır. Ona görə bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR