Məqsədimiz hakimlərin sayını 3 dəfə artırmaqdır.
APA xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.
O qeyd edib ki, ölkədə hazırda 650 hakim fəaliyyət göstərir: "Məqsədimiz gələn ilin sonuna kimi hakimlərin sayını 800-ə çatdırmaqdır. Bunun üçün Məhkəmə-Hüquq Şurasında təhlillər aparılır. Hakimlərin seçilmə prosesi 6 mərhələdən ibarət idi. Bu proses iki ili əhatə edirdi. Bu çox böyük müddətdir. Əgər 200 hakim seçilirsə, 130 hakim azalır. Hakimlər yaşla əlaqədar təqaüdə çıxır. Bu, təbii prosesdir”.