Bank Of Baku

Daha 571 şəxsə özünüməşğulluq proqramı üzrə aktivlər verilib

Daha 571 şəxsə özünüməşğulluq proqramı üzrə aktivlər verilib
# 23 avqust 2022 11:18 (UTC +04:00)

Özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, onların bir hissəsi şəhid ailələrinin üzvləri və qazilərdir. Son bir həftə ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 571 nəfər özünüməşğulluq proqramı iştirakçısı aktivlərlə təmin olunub.

Proqram iştirakçıları onlara verilmiş aktivlər üzrə öz kiçik biznes sahələrini yaradıblar.

Özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir, sonra aktivlərlə təmin olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR