Bank Of Baku

Dekabrda 123 nəfər zəhərlənmə ilə bağlı KTM-ə müraciət edib, 3-ü ölüb

Dekabrda 123 nəfər zəhərlənmə ilə bağlı KTM-ə müraciət edib, 3-ü ölüb
# 08 yanvar 2024 11:47 (UTC +04:00)

Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib.

KTM-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub. Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib. 2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib. Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR