Bank Of Baku

Deputat: Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb

Ceyhun Məmmədov, Milli Məclisin deputatı

© APA | Ceyhun Məmmədov, Milli Məclisin deputatı

# 30 may 2025 12:35 (UTC +04:00)

Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.

Deputat deyib ki, bu gün boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahatlıq doğurur: “Ailə institutunun güclənməsi üçün ciddi addımlar atmalıyıq. Bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir. Hesab edirəm ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb. Bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətin vəbalına da şərikdir. Necə olur ki, bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR