Deputat: Həkimlər xəstələrə istehlak səbətinə daxil olmayan bahalı meyvələr yeməyi təklif edir

Qüdrət Həsənquliyev,  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

© APA | Qüdrət Həsənquliyev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

# 23 may 2025 12:52 (UTC +04:00)

Həkimlər xəstələrə istehlak səbətinə daxil olmayan bahalı meyvələr yeməyi təklif edir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Yaşayış minimumu haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bəzi hallarda xəstələrin özünə gücləndirilmiş qida rasionu, o cümlədən qida əlavələri verilməlidir: “Azərbaycanda minimum istehlak səbətinə qida əlavələri daxil deyil. Ona görə də həm xəstələr üçün, həm də təhsil və sosial müəssisələrdə qida əlavələri də verilməlidir. Onlar çox yeməməlidir, güclü qidalanmalıdır. Bu siyahıya Silahlı Qüvvələr və azadlıqdan məhrumetmə yerlərində cəzaçəkən şəxsləri də əlavə edək. Çünki onlar da dövlət tərəfindən qidalandırılır”.

Deputat qeyd edib ki, bir çox xəstələrə həkimlər bahalı meyvələr təklif edir: “Məsələn avokado. Bahalıdır və istehlak səbətinə daxil deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR