Bank Of Baku

Deputat: Nazirliklər deputatların rəsmi müraciətlərinə cavab vermir

Ceyhun Məmmədov, Milli Məclisin deputatı

© APA | Ceyhun Məmmədov, Milli Məclisin deputatı

# 27 dekabr 2022 12:30 (UTC +04:00)

“Dövlət qurumları bir sıra hallarda işə qəbulda obyektivlikdən uzaq qərar qəbul edirlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu da gəncləri dövlətdən narazı salır, onların başqa sahələrə yönəlməsinə səbəb olur.

Deputat nazirliklərin deputatların rəsmi müraciətlərinə cavab verməməsinə diqqət çəkib: “Biz məktub yazırıq, ancaq çox vaxt şablon cavablar verilir. Bəzən rəhbər yox, hansısa sektor müdiri cavab verir. Qanunu qəbulu ilə yanaşı nəzarət mexanizmləri də olmalıdır”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, ictimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə, bu orqanlarda çalışan dövlət qulluqçularının yüksək peşəkarlığından və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılıdır: Əsas məqsəd dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsidir. Burada dövlət qulluqçularının fəaliyyəti, onların etik davranışları obyektiv qiymətləndirilməli, ayrı-seçkiliyə yol verilməməlidir. Prezident İlham Əliyevin apardığı islahatların nəticəsidir ki, artıq şəffaflığın təmin olunması məqsədilə elektron hökumətin yaradılır, məmur – vətəndaş münasibətləri minimumlaşdırılır, dövlət qulluqçularının sosial vəziyyətləri və iş fəaliyyətləri yaxşılaşdırılır. Ancaq bununla yanaşı, dövlət məmurlarına olan nəzarət mexanizmində də peşəkarlıq, şəffaflıq və ədalətlilik olmalıdır. Buna görə də etik davranış üzrə müvəkkil vəzifəsini yerinə yetirən şəxs peşəkar olmalı, subyektivliyə yol verməməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR