Bu gün uşaqlar arasında dispanserizasiyası formal xarakter daşıyır.
APA xəbər verir ki, bunu deputat Kamilə Əliyeva Milli Məclisdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.
O bildirib ki, uşaqlar arasında ölüm halları artıb.
"Uşaqlar ürək çatışmazlığı və s. xəstəliklərdən dünyasını dəyişir. Hesab edirəm ki, dispanserizasiya mexanizminə yenidən baxılmalıdır".