Hazırda ölkə məktəblərində 11 mindən çox direktor və direktor müavini də dərs deyir.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, onlar da gələcəkdə sertifikasiyada iştirak edəcəklər və sertifikasiya nəticəsi ilə bağlı əlavələr həmin şəxslərə də tətbiq olunacaq.