Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları artırılıb.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.
Beləliklə, indiyə qədər dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi aşağıdakı kimi olub:
S X E M İ
|
Sıra №-si |
Təhsili |
Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) |
||||
|
pedaqoji staj 3 ilə qədər olduqda |
pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda |
pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda |
pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda |
pedaqoji staj 18 ildən çox olduqda |
||
|
1. |
Ali təhsilli |
552 |
594 |
624 |
666 |
714 |
|
2. |
Orta ixtisas təhsilli |
504 |
534 |
552 |
588 |
636 |
Qərara əsasən, bundan sonra dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi aşağıdakı kimi olacaq:

Eyni zamanda, qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları da artırılıb. İndiyə qədər dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:
|
Sıra №-si |
Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər |
Aylıq vəzifə maaşı (manatla) |
|
1. |
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər |
434 |
|
2. |
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər |
448 |
|
3. |
Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər |
462 |
|
4. |
Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan |
490 |
Qərara əsasən, bundan sonra dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olacaq:
