“Gənclər başa düşməlidir ki, əmək bazarında fəaliyyət istiqamətlərini ən azı 5 dəfə dəyişməli olacaqlar”.
APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Gələcəyə hazır ol!” Karyera İnkişaf Forumunda deyib.
O bildirib ki, gənclər öz sahələrində olan proqramlarla işləməyi bacarmalıdır.
“İndiki zamanda insanın savadlı olması yalnız oxuyub-yazmaqla ölçülmür. İT texnologiyasını istifadə etməyi bacarmaq mütləq lazımdır”, - o əlavə edib.