"Səriştə proqramına 2025-ci ilə qədər nail olacağıq".
APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dövlət qulluğuna qəbulun şəffaf keçirilməsi üçün Azərbaycanda onillərlə davam edən hüquqi normativlər var:
"Səriştə modeli təkcə işə götürən insanlar üçün yox, eyni zamanda bu prosesdə iştirak edən insanlar üçün də vacibdir. Çünki insan öz səriştələrini bilirsə, özünü qiymətləndirməyi də bacarır. Səriştə modelinə əsasən seçimlər hansısa hüquqi sənədlərə, diplomlara görə aparılmır. Səriştə modeli insanın indiki və gələcək potensialını müəyyən edir. Səriştələr hər bir pozisiyaya əsasən müəyyən edilir və bizdə bununla bağlı 16 səriştə profil var".
O həmçinin o qeyd edib ki, bununla bir sıra vəzifələrdə hansı səriştələrin olduğu müəyyən edilib:
"Bizdə bu ixtisas profilləri hazırda olsa da, kifayət qədər deyil. Dünya praktikasında bu cür reyestrlər varsa, ondan da istifadə edirik. İndi sual budur ki, bizim mütəxəssislər buna nə dərəcədə cavab verə biləcəklər? Artıq biz mühasibatlıq imtahalarında səriştələrin müəyyənləşdirilməsinə başlamışıq. Lakin bu, hələ ki, bir sahədir".
Aysel Şahmar