Bank Of Baku

DİN: Cinayətkarlığa qarşı mübarizədə vətəndaş fəallıq göstərir

DİN: Cinayətkarlığa qarşı mübarizədə vətəndaş fəallıq göstərir
# 12 iyul 2024 18:02 (UTC +04:00)

2024-cü ilin 6 ayında qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

APA xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyində əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında məlumat verilib.


Bildirilib ki, son illər narkotiklərlə mübarizədə, xüsusən müvafiq cinayətlərin açılmasında vətəndaşların rolu davamlı olaraq artmaqdadır:

"Fəal mövqe nümayiş etdirən şəxslərin əməyi və mövqeyinin yüksək qiymətləndirildiyi həmin iclasda vurğulanıb ki, bu, polis-vətəndaş münasibətlərinin effektivliyinin əyani təsdiqidir. Polis-vətəndaş münasibətləri özünü daha çox mütəşəkkil qrup və dəstələr tərəfindən törədilən cinayətlərin azalmasında narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasının artım tempində və vətəndaşların günbəgün artan köməyliyində göstərir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR