Bank Of Baku

Direktor: Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzvləri kurort yollayışlarından ödənişsiz yararlana bilər

Direktor: Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzvləri kurort yollayışlarından ödənişsiz yararlana bilər
# 05 iyun 2025 11:29 (UTC +04:00)

“Artıq üzvlərin istəkləri və tələbləri nəzərə alınaraq müxtəlif təminatlı yollayışlar təşkil olunub".

APA xəbər verir ki, bu sözləri Kurort Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) E-AHİK elektron rezervasiya sisteminin təqdimat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, müraciət sayları kəskin formada artıb: “Əlçatanlılıq, ədalətlilik və növbəlilik prinsipi geniş yayılıb. Mərkəzimizdə yarı-elektron formada müraciətlər qəbul edilir. Artıq yeni platforma üzərindən müraciətlərin qəbulu tam təmin olunacaq".

"Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzvləri müalicə üçün müraciət edirsə, sanator - kurort yollayışlarından ödənişsiz yararlana bilər. İstirahət üçün isə ümumi dəyərin 15%-i ödəməklə yararlana bilərlər", - E. Səfərəliyeva bildirib.

Direktor onu da vurğulayıb ki, bu gündən etibarən vətəndaşlar platformadan istifadə edə bilər: "Platformadan istifadə edə bilməyənlər telefon zəngi vasitəsilə müraciət edə bilər. Yollayışların 10%- i növbədənkənar olaraq Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üçünü ayrılıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR