Bank Of Baku

Dördüncü zəvvar qrupu sabah Həcc ziyarətinə yola düşəcək

Dördüncü zəvvar qrupu sabah Həcc ziyarətinə yola düşəcək
# 27 may 2025 08:11 (UTC +04:00)

Azərbaycandan Həcc ziyarətinə gedən dördüncü zəvvar təyyarəsi sabah, mayın 28-də yola düşəcək.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, hər təyyarədə 4 qrup olacaq. Qrupların hər biri 45 nəfərdən ibarətdir.

V. Cahangiri bildirib ki, zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq.

Qeyd edək ki, bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR