"Yanvar-dekabr aylarında 310 mindən çox şəxsə proaktiv təyinat aparılıb".
APA xəbər verir ki, bunu Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin sədri Kənan Əkpərov ilin yekunlarına dair hesabat mətbuat konfransında deyib.
Onun sözlərinə görə, növbəti ildən proaktiv təyinat sahəsinin daha da genişləndirilməsi üçün Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərində aidiyyəti üzrə inteqrasiya və təkmilləşmə işləri davam etdirilir:
"Nazirliyin e-arayış xidmətləri vasitəsilə 12 ayda 530 min 631 e-arayış verilib. Həmçinin, hazırda Nazirliyin e-sistemləri 50-dən çox qurumun informasiya sistemləri ilə inteqrasiya edilib. Həmin qurumlar tərəfindən 12 ayda Nazirliyin informasiya sistemlərinə edilən sorğu sayı 187 milyondan çox olub".
O qeyd edib ki, həmçinin bu il Nazirlik informasiya sistemlərinin “Hökumət buludu”na keçidini tam təmin edən ilk dövlət qurumu olub.
Aysel Şahmar