Bank Of Baku

Dövlət Komitəsinin sədri: Ancaq 3 sığınacaq xidmət göstərir, olan budur

Dövlət Komitəsinin sədri: Ancaq 3 sığınacaq xidmət göstərir, olan budur
# 20 dekabr 2022 12:48 (UTC +04:00)

“Sığınacaqların yaradılması və onun işinə cavabdeh qurum Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyidir”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı"nın müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bildirib ki, bütün əlaqədar qurumların nümayəndələri ilə sığınacaqlardakı vəziyyəti təhlil edirlər: “Sığınacaqların sayı tələbata uyğun gəlmir. Hazırda bütün iqtisadi rayonlarda krizis mərkəzlərinin yaradılması istiqamətində işlərə başlanıb. Ümumilikdə, 9 yardım mərkəzi var, onlardan 3-ü ancaq sığınacaq xidməti göstərir, olan budur. Onların çarpayı sayı da məhduddur. Yaxın zamanlarda həm cəmiyyətin tələbi, həm də qanunun üzərimizə qoyduğu tələbə uyğun biz bunu həll edəcəyik. Azad olunmuş ərazilərdə 2 ailə mərkəzinin tikintisi də nəzərdə tutulub. Bu mərkəzlər tamamilə yeni stildə tikiləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR