Bank Of Baku

Dövlət Xidməti: 75 çimərliyə nəzarət həyata keçirilir

Akşin Əlili

© APA | Akşin Əlili

# 12 iyun 2025 12:52 (UTC +04:00)

"Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət həyata keçirdiyi ümumilikdə 75 çimərlik var".

APA xəbər verir ki, bunu çimərlik mövsümünə hazırlıqla bağlı Mərdəkanda yerləşən çimərliyə təşkil edilən media-turda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili deyib.

Qeyd olunub ki, xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr, sualtı təmizləmə işləri aparılır: "Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir".

Bildirilib ki, bütün təhülksəzilik tədbirləri iyun ayının 15-dək yekunlaşacaq və iyunun 15-dən etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR